Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Azərbaycanda daha 2672 nəfər koronavirus testi verdi

Azərbaycanda daha 2672 nəfər koronavirus testi verdi

Azərbaycanda koronavirusla bağlı 25 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 2672 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 273 min 411-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 61, süni tənəffüs cihazında olan xəstə sayı 12-dir.

Azərbaycanda indiyədək 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …