Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Sosial / Azərbaycanda da aşkarlanan “Delta” ştammının ƏLAMƏTLƏRİ

Azərbaycanda da aşkarlanan “Delta” ştammının ƏLAMƏTLƏRİ

Xəbər verdiyimiz kimi, ölkə xaricindən Azərbaycana gəlmiş şəxslərdən götürülmüş nümunələrin 31-də koronavirusun  B.1.617 (Delta) variant aşkarlanıb.

Araşdırmalara görə, “Delta” variantına yoluxmuş şəxslərdə adətən ilk olaraq mədə-bağırsaq traktı pozulur. Bu ştamma yoluxmuş pasiyentlər adətən, ishal və qarın ağrısından şikayətlənir. Qeyd edilən simptomlar, eyni zamanda baş ağrısı, öskürək, halsızlıq və əzələ ağrısı ilə paralel özünü göstərə bilir. Qusma və hərarətin yüksəlməsi də Delta variantının simptomları arasındadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, peyvənd olunanlar bu ştamma yoluxarsa, xəstəliyi yüngül keçirir. Bundan başqa, vaksin vurulanların “Delta” ştammı ilə xəstəxanaya yerləşdirilmə faizinin çox aşağı olduğu qeyd edilir. Üstəlik, peyvənd olunanların əksəriyyəti xəstəliyi asimptomatik keçirir.

Qeyd edək ki, “Delta” ştammı ilk dəfə ötən ilin oktyabrında Hindistanda aşkarlanıb. Ştammın “Delta Plus” variantının daha yoluxucu olduğu müəyyən edilib. / “Qafqazinfo”

Həmçinin oxuyun

“Ölkəmizdə bu cür hadisələrin baş verməsi utandırıcıdır” – Deputat

“Erkən nikahlarla bağlı məsələdə məsuliyyəti bir nəfərin üstünə atmaq doğru olmazdı. Burada bir çox ciddi …