Cümə axşamı , May 26 2022
Ana səhifə / Sosial / Azərbaycanda çörək yenidən bahalaşacaq

Azərbaycanda çörək yenidən bahalaşacaq

“Dünyada son bir ildə dənli bitkilərin qiyməti ortalama 27% artıb, Rusiyanın təcavüzü qiymətləri daha da artıracaq”.

Bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Ukraynanın ən azı, yaz əkinini tam həcmdə yerinə yetirə bilməyəcəyi nəzərə alınsa, bu, fiziki olaraq buğda istehsalının azalması ilə nəticələnəcək:

“2021-ci ildə Ukrayna 44,8 mln. ton dənli bitkilər istehsal etmişdi, ixracı 24,4 mln. ton idi, bu sahədən gəliri 6 mlrd. dollara yaxın olub. İxrac edilən dənli bitkilərin 14,8 mln. tonu un və çörək istehsalı üçün yararlı olan buğdadır.  2021-ci ildə Rusiya buğda ixracını 14,4% azaldıb – toplam 32,92 mln. ton təşkil edib. Rusiyada 2021-də həm istehsal azalıb, həm də Rusiya daxili bazarı qorumaq, ərzaq buğdası tədarükünü artırmaq üçün ixracla bağlı müəyyən məhdudiyyətlər qoyub, ixrac rüsumunu 2 dəfə artırıb”.

Ekspert xatırladıb ki, Azərbaycanın idxal əmtəəlik buğdaya illik ehtiyacı 1,5 mln. ton civarındadır:

“Bu həcmin yarısına yaxınını Rusiyadan alırıq. Deməli, o ölkədən gələn buğdanın qiyməti yenə artacaq ki, bu da ölkə daxilində unun, un məmulatlarının və çörəyin qiymətinin yüksəlməsi ilə nəticələnəcək”.

Həmçinin oxuyun

Azərbaycanda əmək kitabçaları LƏĞV OLUNACAQ

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. O bildirib …