Çərşənbə , Noyabr 29 2023
Ana səhifə / Sosial / Azərbaycanda çörək ucuzlaşdı – Qiymət

Azərbaycanda çörək ucuzlaşdı – Qiymət

Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə edilib.

Belə ki, 60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir
Bu da çörəyin qiymətinin daha 5 qəpik ucuzlaşması deməkdir.

Qeyd edək ki, son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.

Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.

Həmçinin oxuyun

Bakıda nöqsanlar aşkarlanan dönərxanalar – SİYAHI

Qida Təhlükəsizliyi Agentliyi dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində …