Çərşənbə , May 25 2022
Ana səhifə / Sosial / Azərbaycanda bu şəxslər də əlillik dərəcəsi ala biləcək VİDEO

Azərbaycanda bu şəxslər də əlillik dərəcəsi ala biləcək VİDEO

Əlillik dərəcələri yeni meyarlar əsasında təyin ediləcək. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı “Xəzər Xəbər”ə bildirib ki, Nazirlər Kabineti artıq yeni meyarları təsdiq edib.

Onun sözlərinə görə, yeni qaydalar dünya təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Millət vəkili qeyd edib ki, bundan sonra əlillik orqanizmin funksiyasının itirilmə dərəcəsinə görə, faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

O bildirib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər bu il iyulun 1-də qüvvəyə minəcək.

Millət vəkili əlavə edib ki, indiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni yeni qərarla 800-ə yaxın xəstəlik üzrə əllilik dərəcəsi almaq mümkün olacaq.

Qeyd edək ki, yeni meyarlar hazırda əlilliyi olan şəxslərə əlillik dərəcələrinin qüvvədə olma müddəti bitdikdən sonra şamil olunacaq.

Həmçinin oxuyun

Azərbaycanda əmək kitabçaları LƏĞV OLUNACAQ

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. O bildirib …