Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanda bu şəxslərə vəzifə verənlər cəzalandırılacaq

Azərbaycanda bu şəxslərə vəzifə verənlər cəzalandırılacaq

Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.

Trend-in xəbərinə görə, bununla bağlı Milli Məclisdə İnzibati Xətalar (İXM) Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Parlamentdə İnzibati Xətalar Məcəlləsinə 181-6-cı maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

İXM-ə ediləcək əlavəyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək.

Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın