Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Azərbaycanda bu qurumda 100 nəfər işdən çıxarıldı

Azərbaycanda bu qurumda 100 nəfər işdən çıxarıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.
Oxu.az-ın məlumatına görə, bunu agentliyin sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib. 
Onun sözlərinə görə, AQTA-da fəaliyyətə başladığı gündən bu vaxta qədər 100-ə yaxın əməkdaş işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub:
“Neqativ hallarla bağlı agentlik Baş prokurorluğa müraciət edib və üç əməkdaşımızın qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər”.
“Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaq”, – deyə sədr qeyd edib.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …