Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Sosial / Azərbaycanda bu qadağalar ləğv edilə bilər – VİDEO

Azərbaycanda bu qadağalar ləğv edilə bilər – VİDEO

Koronovirus səbəbindən bir ildən artıqdır ki, bağlı olan obyektlərin fəaliyyətinə qoyulan qadağa aradan qaldırıla bilər.

Söhbət uşaq əyləncə mərkəzləri, kinoteartlar, hamamlar və oyun zallarından gedir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli hesab edir ki, Azərbaycan vaksinasiya prosesinə erkən başlayan, koronovirusla mübarizə sahəsinə öz töhvəsini verən sayılı ölkələrdəndir. Elə buna görə də müəyyən şərtlər əsasında məhdudiyyət tətbiq edilən sahələrin fəaliyyətinə tədricən icazə verilə bilər.

Millət vəkilinin fikrincə, adı çəkilən sahələrə icazə verildikdən sonra bir müddət xüsusi nəzarətdə saxlanılmalıdır. Amma yoluxma sayı bu sahələrə görə artarsa, məhdudlaşdırıcı addımlar atılmalıdır.

Vətəndaşlar isə ümid edirlər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri yenidən nəzərdən keçirəcək və müvafiq qərar qəbul edəcək.

Həmçinin oxuyun

Karantin cərimələri silinir? – VİDEO

Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir. Bəs …