Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Sosial / Azərbaycanda bu məhsul da bahalaşacaq

Azərbaycanda bu məhsul da bahalaşacaq

Cəlilabad rayonunda bu mövsüm yazlıq əkinlər üzrə kartof sahələri xeyli azaldılıb.

Belə ki, hər il fevral ayına qədər örtük altı və açıq sahələrdə 6 min hektara yaxın əkin aparılan kartof sahələri bu il təxminən 3 min hektara endirilib.

Fermerlərin sözlərinə görə, buna səbəb istehsalçıların son illər məhsulun tədarükü ilə bağlı qarşılaşdığı problemlərdir.

Ötən il məhsul 20-25 qəpiyə satılıb. Bu qiymətdə çəkilən xərcləri ödəmir. Eyni zamanda fermerlər ötən il daşınma xərci baha olduğu üçün Rusiya bazarlarına da məhsul göndərə bilmədiklərini deyirlər.

Xatırladaq ki, keçən il rayon ərazisində 160 min ton məhsul istehsal olunub.

Maraqlıdır, kartof istehsalının azalması daxili bazara necə təsir edəcək?

Mövzu ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, tək kartof deyil, digər kənd təsərrüfatı məhsulların mövsüm qabağı ucuzlaşması bir problemdir:

“Təəssüf ki, dövlətin qiymətləri tənzimləmə mexanizmi düzgün qurulmayıb. Dövlət gərək elə tənzimləmə mexanizmi həyata keçirsin ki, məhsulun satışı zamanı inhisarçılığa yol verilməsin. Bunun isə müxtəlif həll yolları var.

Məsələn, sahibkarlar mövsümə uyğun olaraq istehsal etdikəri toxumluq kartofu, yəni yenidən əkilə biləcək növünü bazarda satmasınlar. Onları anbarlarda saxlayıb yenidən əkin üçün istifadə etsinlər. Yaxud da dövlət fermerlərdən faraş kartofların alışını bır neçə il ard-arda həyata keçirməklə ölkəmizdə bolluq yarada bilər”.

Ekspert bildirib ki, dövlət daxili bazara nəzarət etməlidir:

“Dövlət daxili bazara elə nəzarət etməlidir ki, nə qiymətlər fantastik şəkildə qalxsın, nə də ucuzlaşsın. Eyni zamanda, ölkədə inhisarçılığın və kütləvi idxalın qarşısını almaq lazımdır”.

Ekspert həmçinin, fermerlərin səriştəsizlik, bacarıqsızlıq məsələsinə də toxunub:

“Sovet dönəmindən sonra ölkəmizdə kənd təsərrüfatı sahəsində ciddi kadr çatışmamazlığı müşahidə olunur. Məhz bu məsələ uzun illər öz həllini tapmadığından mütəxəssis problemləri ilə üzləşmişik”.

Həmçinin oxuyun

Sumqayıt sakini: “Yollara görə maşın hər gün ustadadır” – Video

Sumqayıtda yaşayan sakinlər yolların keçilməz olmasından şikayətçidirlər. Burada elə küçələr var ki, 42 ildir asfalt …