Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / Azərbaycanda bu il üçün balıq ovunun kvotası nə qədərdir? – Nazirlər Kabineti qərar verdi

Azərbaycanda bu il üçün balıq ovunun kvotası nə qədərdir? – Nazirlər Kabineti qərar verdi

Nazirlər Kabineti “2018-ci il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)” barədə qərar verib.
Balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvota) aşağıdakı kvota növləri üzrə bölgüsü aşağıdakı kimidir:
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar – 3455 ton;
başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar – 205,1 ton;
elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar – 13,2 ton;
təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar – 10,8 ton;
akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar – 28,2 ton.
Balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar bu əlavənin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalara daxil edilib/apa.

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …