Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ

Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ

Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilsə də, artıq bu rəngdə olan avtomobillərə tələbat artıb.

Nəqliyyat eksperti Aslan Əsədov “Xəzər Xəbər”ə bildirib ki, sözügedən avtobillərin qiymətində də artım qaçılmaz olacaq. Hətta indiki bazarda bu qiymət artımı özünü müəyyən qədər göstərir.

Yeni qərardan sonra ölkəyə gətirilən avtomobillər arasında da mühərrik həcmi kiçik olan qırmızı rəngli avtomobillərin də sifariş sayında artım müşahidə olunur.

Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli onu da əlavə edib ki, qırmızı rəngi avtomobil sifarişləri ümumi satışın 5-7 faizini təşkil edirdisə, indi 15-17 faizini təşkil edir.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …