Cümə axşamı , İyun 1 2023
Ana səhifə / Sosial / Azərbaycanda boşanmaların artımına əsas səbəb nədir?

Azərbaycanda boşanmaların artımına əsas səbəb nədir?

“Boşanma proseslərində uşağın vəziyyəti nəzərə alınmır, bu da uşağın gələcəyi ilə bağlı problemlərə yol açır”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. 

Onun sözlərinə görə, boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur:

“Bəzən bir tərəf razılıq vermir və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, amma bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir”. 

B. Muradova qeyd edib ki, bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alına bilir. 

Onun sözlərinə görə, barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidirlər. Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun.

“Bəzi hallarda boşanma prosesləri daha çox mülki məsələlər üzərində gedir və burada uşağın vəziyyəti nəzərə alınmır. Bu da uşağın gələcəyi ilə bağlı bir aıra problemlərə yol açır”, – deyə Komitə sədri açıqlamasında vurğulayıb

Azərbaycanda 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61 939 nikahdan 15 983-ü pozulub. APA

Həmçinin oxuyun

Mənzillərini sığortalamayanlar 1 iyundan cərimələnəcək?-Açıqlama

“Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərərək əmlakını sığortalmayanların iyunun 1-dən cərimələcəyini bildiriblər. Bu məsələ ilə …