Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Azərbaycanda bir ailənin 5 üzvü koronavirusa yoluxdu

Azərbaycanda bir ailənin 5 üzvü koronavirusa yoluxdu

“Virusa yoluxmada artıma səbəb kimi insanların sosial məsafəni gözləməməsi, virusa adi qrip kimi yanaşma tərzidir”.
Bunu Modern.az-a hazırda karantin xəstəxanası kimi fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev bildirib. Həkim qeyd edib ki, xəstələrin əksəriyyətinin vəziyyəti stabil olaraq qiymətləndirilir:
“Əsas narahatedici məsələ əhalinin sosial-fiziki məsafəni gözləməməsi, maska və əlcəkdən yetəri qədər istifadə etməməsidir. Bundan başqa bankların qarşısında yaranan növbələr, marketlərdə, ictimai nəqliyyatda yaranan sıxlıqlar virusun geniş miqyasda yayılmağına səbəb olur. Maksimum şəkildə maarifləndirmə aparılmalıdır ki, bu kimi hallara diqqət etsinlər. Çünki yoluxmanın sayının artmasına səbəb bu sadaladıqlarımdır. Xəstələrin vəziyyətinə gəldikdə isə, onların durumu hazırda stabildir. Çox az xəstə var ki, vəziyyəti ağırdır”. 

Aydın Əliyevin sözlərinə görə, bəzi insanlar düşünür ki, koronavirus adi qrip kimidir:
“Amma bu, qətiyyən belə deyil. Əvvəl mövsümi qrip xəstəliyinə yoluxan 100 nəfərdən birində, yaxud ikisində pnevmaniya ilə ağırlaşma olurdu, amma koronavirusun bu növünə yoluxan xəstələrin təxminən 50 faizində pnevmaniya ilə ağırlaşma baş verir.
Virusa yoluxmuş şəxslərin müalicə kursu fərdə görə, orqanizmdən asılı olaraq dəyişir. Ən qısa müddətdə sağalan xəstəmiz 8 gün içərisində olub. Yəni virusa yoluxduğunun 8 günü tamam olmaqla iki gün ərzində test etmişik və test mənfi çıxıb. Həmin şəxs evə buraxılaraq 2 həftə evdə karantində qalıb. Elə xəstə də olub ki, virusa yoluxsa da, ümumiyyətlə bu xəstəliyin göstəriciləri özünü biruzə verməyib.
Ötən gün bizə bir ailədən 5 nəfər olmaqla virusa yoluxan şəxs gətirilmişdi. Ailədən yalnız bir nəfər evdən çıxırmış və virusu da evdəkilərə o keçirib. Virusa yoluxanlar arasında, eləcə də xəstəliyi ağlr keçirənlər arasında bəzən kişilər üstünlük təşkil edir, bəzən də qadınlar. Məsələn, bu gün  müayinə olunan və testi pozitiv çıxan şəxslərdən 5-i qadındır, 11-i kişi”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …