Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Sosial / Azərbaycanda avtomobil nömrələri ilə bağlı vacib yenilik – Hərraca çıxarılacaq

Azərbaycanda avtomobil nömrələri ilə bağlı vacib yenilik – Hərraca çıxarılacaq

Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq.

Bu barədə sosial şəbəkədə yazan yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bilddirib ki, 001, 100, 111, rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur:””Dövlət rüsumu haqqında” Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq.

Eyni zamanda adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artıq 35 manat olacaq.

Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilə bilməyəcək, çünki yeniliklərin tətbiqi üçün həm “Yol hərəkəti haqqında” Qanuna da dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir”.

Həmçinin oxuyun

Rahatlıq üçün açılan qapılar ölümə aparır – yanğına ondan əvvəl hazırlaşmaq gərəkdir

Bakıda hündürmərtəbəli binalarda yanğına hadisələri nadir deyil. Bu günlərdə Xətai rayonunda baş verən bir yanğında …