Ana səhifə / Sosial / Azərbaycanda ancaq bu dirilərə məzar yeri satılır

Azərbaycanda ancaq bu dirilərə məzar yeri satılır

Azərbaycanda qəbiristanlıqlarda öncədən yer rezerv etmək məsələsi yenidən gündəmdədir. 

Maraqlıdır ki, əvvəlcədən məzar yeri rezerv etmək mümkündürmü? 

2018-ci il dekabrın 4-də Azərbaycan Nazirlər Kabineti “Qəbiristanlıqların salınması və idarə olunması” qaydalarına dair qərar qəbul edib. 

Qərarın 18-ci maddəsində (Qəbir yerlərinin rezervasiyası) qeyd edilib ki, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir. 18.2. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. 18.3. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir. 18.3. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir. 18.4. Bu Qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş ər (arvad) sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra onların qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar. 18.5. Bu Qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə 5 (beş) gün müddətində məlumat göndərməlidir. 

Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (BƏVXT) baş mühəndisi Sabir Həsənov da “Cebhe.info”-ya açıqlamasında deyib ki, bu yolverilməzdir: 

“Qanunda da qeyd edildiyi kimi, bu, yolverilməz haldır. Təbii ki, istisnalar mövcuddur. Əvvəllər belə hallar ola bilərdi, lakin bu qərarın qəbulundan sonra bu cür məsələlərə baxılmır”. 

Həmçinin oxuyun

Bakıda bu yaşayış massivindəki binalar əyilib? – AÇIQLAMA

Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə …