Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Azərbaycanda 899 nəfər QİÇS-dən ölüb

Azərbaycanda 899 nəfər QİÇS-dən ölüb

Azərbaycanda QİÇS ilk dəfə 1987-ci ildə aşkar edilib. O vaxtdan cari ilin martın 1-dək rəsmən İİV infeksiyasına yoluxmuş 5798 nəfər qeydə alınıb. Onlardan 4 121-i (71,1 faizi) kişilər, 1677-si (28,9 faizi) isə qadınlardır.
Bu barədə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.

Bildirib ki, bu müddət ərzində 2057 nəfər QİÇS mərhələsinə keçib, 899 virus daşıyıcısı isə dünyasını dəyişib. İİV infeksiyasına yoluxanların 45,4 faizi bu virusa narkotik maddələr, 42,5 faizi heteroseksual və 2,4 faizi homoseksual əlaqələr vasitəsilə və 1,8 faizi anadan uşağa keçməklə yaxalanıb. Bundan başqa, 8 faizin yoluxma səbəbi müəyyən olunmayıb.

Qeyd edilib ki, İİV infeksiyasına yoluxma halları əsasən narkotik maddələrin inyeksiyası zamanı baş verir.

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …