Çərşənbə axşamı , Mart 21 2023
Ana səhifə / Sosial / Azərbaycanda 7 nəfər zəhərlənmədən ölüb

Azərbaycanda 7 nəfər zəhərlənmədən ölüb

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib.

KTM-dən verilən xəbərə görə, onlardan 158-i Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb.

Zəhərlənən şəxslərin 66-sı qadın, 72-si kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir.

Həmçinin oxuyun

Sabiq icra başçısının qardaşı oğlu yol qəzasında öldü

Naftalanda sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb. 1990-cu il təvəllüdlü Quliyev Cavid Müsəllim …