Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Azərbaycanda 36 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib – RƏSMİ

Azərbaycanda 36 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib – RƏSMİ

2021-ci ilin mart ayında 3 hadisə nəticəsində 8 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb.

Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən bildirilib.

Nəticədə iki mülki şəxs həlak olub, biri uşaq olmaqla altı mülki şəxs yaralanıb. 2021-ci ilin mart ayında minalarla bağlı hadisələr Ağdam və Xocavənd rayonlarının ərazisində baş verib.   

Ümumilikdə 2021-ci ilin ilk üç ayında 36 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb: “Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar”.

Həmçinin oxuyun

Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir – FOTO

Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri …