Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Azərbaycanda 30 mindən çox rəsmi qeydiyyata alınmış narkoman var

Azərbaycanda 30 mindən çox rəsmi qeydiyyata alınmış narkoman var

Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

Səhiyyə Nazirliyindən “Trend”ə bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25.489 nəfər, 2011-ci ildə 26.716 nəfər, 2012-ci ildə 27.910 nəfər, 2013-cü ildə isə 28.376, 2014-cü ildə 28.656, 2015-ci ildə isə 28.555, 2016-cı ildə 29.448, 2017-ci ildə 30.131 nəfər olub.

Yalnız 2017-ci ildə 2.115 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2.017 nəfər, 2016-cı ildə 2.142 nəfər olub.

Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5 (2016-cı ildə 5), 18-24 yaşlı 1.566 (2016-cı ildə 1.447), 25-29 yaşlı 4.225 (2016-cı 4.076), 30-34 yaşlı 4.463 (2016-cı 4.239), 35-39 yaşlı 4.657 (2016-cı 4.542), 40-44 yaşlı 3.707 (2016-cı 3.670), 45-49 yaşlı 3.408 (2016-cı 3.313), 50-54 yaşlı 2.891 (2016-cı 2.818), 55-59 yaşlı 2.275 (2016-cı 2.266), 60-64 yaşlı 1.875 (2016-cı 1.931), 65 yaşdan yuxarı isə 1.062 (2016-cı 1.142) nəfər narkotik istifadəçisi var.

Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) qeydiyyata alınmayıb.

Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotikləri – tiryək, heroin və kokosdan istifadə edirlər.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev də Trend-ə bildirib ki, Azərbaycanda narkotik maddələrdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlər daha çox opium qrupuna aid maddələrdən – tiryək və heroindən zəhərlənənlər olur. Mütəxəssisin sözlərinə görə, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların (2016 nəfər) 2,8 faizi narkotik maddələrdən zəhərlənib.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …