Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Sosial / Azərbaycanda 23 ildir ölü olduğu düşünülən qadın SAĞ ÇIXDI -VİDEO

Azərbaycanda 23 ildir ölü olduğu düşünülən qadın SAĞ ÇIXDI -VİDEO

23 ildir ki, hər kəsin öldüyü zənn etdiyi qadının sağ olduğu məlum olub.

Bu barədə “ATV” telekanalında yayımlanan “Bizimləsən” verilişində məlumat verilib.

Belə ki, Pərviz adlı gənc anasını axtarmaq üçün sözügedən proqrama müraciət edib.

Aparılan axtarışlar nəticəsində öldüyü zənn edilən qadının əslində sağ olduğu və Bakıda yaşadığı məlum olub.

Anasının tapılmasına hədsiz sevinən Pərviz, “Həyatımda ən gözəl xəbəri mənə verdiniz” deyərək, hər kəsi kövrəldib.

3 övladı olan ananın bu illər ərzində Bakının müxtəlif restoranlarında qabyuyan işlədiyi məlum olub.

Qeyd edək ki, müxtəlif səbəblərdən illərdir ki, övladlarına qadının əxlaqsız olduğu deyilib. (Sonxeber.az)

https://izle.az/embed/90436

Həmçinin oxuyun

Sabah Bakıda 20 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,  aprelin 15-də Bakıda və …