Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Sosial / Azərbaycanda 18-25 yaş arası qızlarla bağlı nə baş verir? – ŞƏRH

Azərbaycanda 18-25 yaş arası qızlarla bağlı nə baş verir? – ŞƏRH

Sosial mediada, həmçinin TV verilişlərində son zamanların əsas müzakirə mövzularından biri Bakı şəhərində yaşayan və 50-yə yaxın qadını zorladığı iddia edilən falçı ilə bağlıdır. Doğrusu, məsələnin nə dərəcədə gerçək olduğunu hüquq mühafizə orqanları araşdıracaq. Problemin bizi maraqlandıran tərəfi isə falçıdan şikayət edən qadınların əksəriyyətinin 18-25 yaş aralığında olmasıdır.

Maraqlıdır, hansı səbəbdən bu yaşda olan qadınlar falçılara üz tuturlar? Bu yaşda onları hansı problemlər narahat edir ki, həlli yolunu falçıda axtarırlar? Sputnik Azərbaycan bu suallara cavab tapmaq məqsədilə ekspertlərə müraciət edib.

Sosioloq Əhməd Mansurov qeyd edib ki, 18-25 yaşlı gənc xanımlar işsizlikdən və cəmiyyətin sosial-psixoloji təzyiqlərinə məruz qaldıqda özlərinə təsəlli vermək üçün bir çıxış yolu axtarırlar: “Bununla da bir qədər real proseslərdən uzaqlaşaraq bu tip qeyri-real olan məsələlərə istiqamətlənirlər. Bunlardan biri də falçılardır. Falçılar da gənc xanımların vəziyyətlərindən istifadə edərək həm onlardan pul alır, həm də digər istəklərini reallaşdırırlar”.

Ə.Mansurov bu problemin kökünün ailədən gəldiyini vurğulayıb: “Cəmiyyətin özünün də burada günahı var. Çünki hamı o gənclərə dəstək olmaq əvəzinə onları qınayır. Yazılmamış qanun var ki, 25 yaşa çatmadan xanım ailə həyatı qurmalıdır. Əks halda, o, qınaq obyektinə çevrilir. Amma yaxşı olar ki, falçıya getməyi qınayaq, nəinki digər məsələləri. Bir sözlə, səbəbkar ailə və cəmiyyətin özüdür”.

Fəlsəfi söhbətlər
Fəlsəfi söhbətlər

Sosioloq bu kimi məsələlərdə çıxış yolunu ancaq gənclərin maarifləndirilməsində görür: “Falçılar tarix boyu mövcud olublar. İnsanların psixoloji vəziyyətinin gərgin olmasından istifadə edərək onları aldadır, soyurlar. Belə insanlara cəmiyyətin mənəvi təzyiqi lazımdır və gənclərə ailələr düzgün münasibət göstərməlidir. Gənclərə valideyn nümunə olmalıdır və gənc ilə düzgün davranmalıdır ki, onlar da düzgün qərar verə bilsinlər. Yoxsa, nəyisə tələb eləmək doğru hal deyil”.

Psixoloq Fərqanə Mehmanqızı isə bildirib ki, bu hadisələrin hamısı çarəsizlikdən və özünə inamsızlıqdan baş verir: “Çarəni daha asan və qısa yolla həll etməyə çalışan insanlar falçıya müraciət edirlər. Universitetə daxil olmağa hazırlaşan oxumaq əvəzinə falçıya müraciət edir, sevgisinə qovuşmaq istəyən falçıya üz tutur. Belə insanlar özlərini təsdiq etmək üçün məhz bu yollara əl atırlar”.

F.Mehmanqızı bu problemin kökündə dinin yanlış təbliğ edilməsinin, dini biliklərin zəif olmasının da dayandığını əlavə edib: “Uşaqlıqdan dini o qədər kor-koranə insanların beyinlərinə yeridiblər ki, biri özünü daha savadlı göstərəndə dərhal ona inanırlar. Falçılar da çin-şeytan ilə insanları inandırırlar. Cin-şeytan da məhz dində daha çox insanların beyninə yeridilən məxluqlardır. Amma elmə yüklənən, dünya görüşü olan qadınlar belə hallardan əksər vaxtı uzaq olurlar. Çünki savadlar belə halları qəbul etmirlər”.

“Hər şey ailədən başlayır. Ailə övladında özünə güvən yaratsa, uşaq istənilən bir çətinliyin öhdəsindən gələr. Ailə təməli düzgün olmayanda belə problemlər meydana gəlir. Hətta faciə ilə nəticələnir”, — deyə psixoloq əlavə edib.

Həmçinin oxuyun

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət …