Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Azərbaycanda 15 deputata 100 minlik maşın verildi – FOTO

Azərbaycanda 15 deputata 100 minlik maşın verildi – FOTO

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib. 

Artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər. 

Hazırda parlamentin 15 komitəsi var. 

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib. 

“Yeni Sabah” araşdırıb ki, hazırda “Mercedes E 300” markalı avtomobillərin Mercedess-in Azərbaycandakı rəsmi nümayəndəliyində satış qiyməti 101 808 manatdır. 

Həmçinin oxuyun

Borcunu qaytarmayanlara sərt cəzalar gəlir: Məhkəməyə gedən kimi dərhal…

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında …