Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Sosial / Azərbaycanda 1455 seçki məntəqəsində panduslar quraşdırılıb

Azərbaycanda 1455 seçki məntəqəsində panduslar quraşdırılıb

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 1455 seçki məntəqəsində panduslar quraşdırılıb.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün daşına bilən panduslardan istifadə olunacaq.

Qeyd edək ki, respublika üzrə 125 seçki dairəsi və 5426 seçki məntəqəsi fəaliyyət göstərir.

Həmçinin oxuyun

“BakuBus”ın avtobusları toqquşdu – Yaralananlar var

Bakıda baş verən yol qəzasında 7 nəfər yaralanıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais …