Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Sosial / Azərbaycanda 12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi evə buraxıldı (VİDEO)

Azərbaycanda 12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi evə buraxıldı (VİDEO)

Mərkəzi Gömrük Hospitalında 12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb.
“Report” xəbər verir ki, sağalan şəxs Bəhruz Məhərrəmovdur.
O, bu gün jurnalistlərə açıqlamasında iyunun 17-də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:
“Təngnəfəs olmuşdum, özümdə deyildim. Ondan bir həftə əvvəl evdə qızdırmam oldu. Istədim evdə özümü müalicə edəm, amma təngnəfəs oldum. Dayana bilmədim, təcili yardımla gəldi bura. 12 gün süni nəfəs aparatında qaldım. Sonra aparatdan ayırıldım. İndi özümü yaxşı hiss edirəm”.

Həmçinin oxuyun

Azərbaycanda yoluxma sayı yenidən artdı

Azərbaycanda  yeni koronavirus infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və …