Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / Azərbaycanda əlilliyin təyin edilməsinə dair səbəblər açıqlandı

Azərbaycanda əlilliyin təyin edilməsinə dair səbəblər açıqlandı

Azərbaycanda əlilliyin təyin edilməsinə dair səbəblər müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası” barədə qərar layihəsində əksini tapıb. Sənəddə qeyd edilib ki, şəxsə bu qaydaya əsasən aşağıdakı səbəblərdən birinə görə əlillik təyin edilir:
1. ümumi xəstəlik;
2. istehsalat zədəsi;
3. peşə xəstəliyi;
4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;
5. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməkləəlaqədar;
6. hərbi xidmət dövrü ilə əlaqədar;
7. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;
8. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;
9. keçmiş SSRİ-nin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar;
10. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyaquruluşunun müdafiəsi ilə əlaqədar;
11. Terror hadisələri ilə əlaqədar.
Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. (ONA)

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …