Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Sosial / Azərbaycanda əhalinin 12 %-i vaksinasiya olunub

Azərbaycanda əhalinin 12 %-i vaksinasiya olunub

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya ilə bağlı yeni statistika açıqlanıb.

İndiyədək ölkə əhalisinin 12 %-i vaksinasiya olunub.

Əhalinin 88 %-i isə hələ peyvəndləmədən keçməyib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 055 986, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 184 780, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 871 206 nəfər təşkil edir.

Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən əhalinin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabınadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.

Həmçinin oxuyun

İctimai nəqliyyata həftəsonu qadağası ləğv edildi

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə …