Ana səhifə / Sosial / “Azərbaycana tarixən Rusiyasız yaşamaq olmaz” – İfadəsinə deputatdan etiraz

“Azərbaycana tarixən Rusiyasız yaşamaq olmaz” – İfadəsinə deputatdan etiraz

“Rusiyanın Azərbaycandakı səfiri deyir ki, “Azərbaycana tarixən Rusiyasız yaşamaq olmaz.” Bu əslində imperativ bir üslubdur və imperiya qorxusunu xatırlatmaq məqsədi daşıyır.

Ancaq cənab səfir hələ də anlamır ki, nəinki Azərbaycana, bütün azadlıqsevər xalqlara və ölkələrə Rusiya ilə yaşamaq da olmaz. Mən hər zaman Rusiya ilə birlikdə yaşamağı Mirzə Cəlilin “Danabaş kəndinin əhvəlatları” əsərindəki Zeynəbin əli dəyənəkli və amoral Xudayar bəylə yaşamağa məhkum olması səhnəsi kimi təsəvvür edirəm. Əgər sovet qardaşlığı xəmirindən yoğrulmuş xalqlar və dövlətlər bundan xoşhal olsaydılar, SSRİ dağılan kimi hərə öz çamadanını götürüb Rusiyadan uzaqlaşmağa can atmazdı. Təəssüf ki, Rusiya imperializmi bu gün də hərbi-zorakı xarakterini dəyişə bilmədi. Halbuki buna müəyyən şansları var idi və sağlam iqtisadi əlaqələrin qurulması yolu ilə dostcasına bütün postsovet ölkələrini özünə daha yaxın məsafədə tuta bilərdi. Əvəzində isə, əli çatdığı hər bir dövləti pəncəsi ilə yaraladı. İllərdir Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna öz vücudunda Rusiyanın yaraladığı orqanları daşımağa məhkum olub.

Diqqət yetirsək görərik ki, Böyük Britaniyanın müstəmləkələrinin əksəriyyəti müstəqillik əldə etsələr də, öz bağlarını Londondan qopartmadılar, bu günə qədər də kralı öz ağsaqqalları, kraliçanı da öz ağbirçəkləri sayırlar.

Çünki Böyük Britaniya bir çox ölkələri hərbi yolla işğal etsə də mədəniyyət imperiyasına çevrilə bildi. Rusiya ilə bağlı mədəniyyət epizodları əldə etsək də, hərbi-zorakılıq epizodları daha çox olduğuna görə, Rusiya ilə yaşamağın faciəli nəticələrini indidən proqnozlaşdırmaq çətin deyil.”

Fazil Mustafa, millət vəkili

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın