Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / Azərbaycan yoluxmanın 4-cü dalğası ərəfəsində

Azərbaycan yoluxmanın 4-cü dalğası ərəfəsində

Artıq dünyada və Azərbaycanda yoluxma sayı getdikcə artmaqda davam edir. Bir çox ölkələrdə pandemiyanın 4-cü dalğasının başladığı deyilir. Həkimlər koronavirusun “Delta” növünün uşaqları və gəncləri aktiv şəkildə yoluxdurduğunu, hətta güclü immunitetin bu infeksiyadan tam qorumadığını bildirirlər.

Qazaxıstanın ən böyük şəhəri Almatıda koronavirusun 4-cü dalğasını sabitləşdirmək üçün peyvənd edilmiş sakinlərin kifayət qədər olmadığı diqqətə çatdırılıb. Almatının baş sanitar həkimi Zandarbek Bekşin koronavirusun “Delta” ştammının kimləri ən çox yoluxdurması ilə bağlı açıqlama verib. Qeyd edib ki, hazırda uşaqlar və gənclər risk altındadır: “Son iki həftə ərzində yaş qrupları üzrə təhlillər göstərdi ki, bir yaşınadək uşaqların arasında yoluxmaların sayında artım davam edir (2,8% ) .

“Yoluxmuşlar arasında immuniteti kifayət qədər güclü olan gənc bir populyasiya üstünlük təşkil edir. Buna görə də koronavirusun 4-cü dalğaqı əvvəlkilərdən daha təhlükəlidir. 20-40 yaş arası Almatı sakinləri arasında COVID-19 xəstəliyi 38%, 40-59 yaş arası vətəndaşlar arasında – 25% və 60 yaşdan yuxarı insanlar – 20%-dir”-deyə Bekşin əlavə edib.

Qardaş ölkə Türkiyədə də vəziyyət ürəkaçan deyil. Son məlumatlara görə, Türkiyədə koronavirusa yoluxma son ayda rekord həddə çatıb. Həkimlər və tədqiqatçılar, günahın türk kurortlarına kütləvi şəkildə gələn rusiyalı turistlərin olduğunu bildirirək həyəcan təbili çalırlar.

Hazırda Antaliyada koronavirusun “Delta” ştammına yoluxma halları qeydə alınıb. “Rusiya turistlərinin nəzarətsiz axını səbəbindən yeni dalğanı dayandıra bilmərik”, deyə Antalya Tibb Palatasının prezidenti Doktor Nursel Şahin etiraf edib.  Www.evrensel.net portalı bildirir ki,  Türkiyə koronavirusun “Delta” ştammının yayılması səbəbindən epidemioloji vəziyyətin pisləşməsindən ciddi şəkildə qorxur. Ölkədəki istirahət edənlər üçün bütün məhdudiyyətlər götürüldüyü üçün Rusiyadan hər gün on minlərlə turist yeni COVID-19 gərginliyinin artdığı məşhur türk kurortlarına gəlir.

“Rusiyada peyvəndləmə ləng aparılır. Əhalinin yalnız təxminən 10 faizinə peyvənd vurulub. Bu yaxınlarda Rusiyanın 45 fərqli istiqamətinə çarter uçuşlarına icazə verdik. Rusiyadan gələn turistlər çoxdur! Bəli, turizmdən və valyutadan gəlir lazımdır, amma epidemioloji tədbirlər baxımından ciddi bir nəzarət çatışmazlığı var”, – deyə həkim bildirib.

Antalya Tüp Bebek

Dr. Nursel Şahinin sözlərinə görə, yazın əvvəlində Antalyada yoluxma sayında azalma var idi, lakin gələn turistlərin böyük axını səbəbindən COVID-19-a yoluxmaların aşkarlanması halları getdikcə daha çox hal alır: “”İndi peyvənd edirik, insanlar hətta açıq havada peyvənd olunur. Ancaq həkimlərin əmin etdiyi kimi, turistlərlə vəziyyət yaxın gələcəkdə dəyişməsə, virusu nəzarət altına ala və xəstəliyi tamamilə aradan qaldıra bilməyəcəklər. Bir çox turistlər heç bir qaydalara əməl etmir, onlara məsləhət və tövsiyələr vermək mənasızdır. Və virus yayılmağa davam edir”.

Göründüyü kimi, yaxın ölkələrdə vəziyyət getdikcə çətinləşir, nəzərə alsaq ki, Azərbaycandan da çoxlu sayda turistlər istirahət üçün qonşu ölkələrə üz tutur, bu böyük bir təhlükədən xəbər verir. 

Bizdə də yoluxma sayı üç rəqəmliyə keçdi və sürətlə artmaqdadır. Olmaya, ölkə artıq 4-cü dalğanı yaşayır? Artım dinamikası sabit sayıla bilərmi, yoxsa azalaraq bir qədər öncəki, ikirəqəmli həddə də düşəcək? Yay bitməmiş əlavə məhdudiyyətlərin tətbiqi mümkünmü?

Bəs Azərbaycanda vaksinasiya prosesinin gedişatı başqa ölkələrlə müqayisədə necədir? Hökumətin son qərarlarından (1 sentyabr qadağaları) sonra peyvəndləmə sürətlənibmi?

Bu arada Nyu-York meriyası peyvəndin ilk dozasını vurana 100 dollar vəd edib. Bizdə də hansısa həvəsləndirmə üsulları mümkündürmü?

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a danışıb: “COVİD -19 infeksiyasına yoluxma artmağa doğru davam edir, deyərdim ki, sürətlə artır. Bu həm ”Delta” ştammının, həm də karantinin yumşaldılması hesabına, həm toylara icazələrin verilməsi və ən önəmlisi, əhali tərəfindən maskaların taxılmasına biganəliklə bağlıdır. Bütün bunların fonunda koronavirus infeksiyası da sürətlə artmağda davam edir. Düşünürəm ki, yaxın günlərdə karantin qaydalarının sərtləşdirilməsinə gediləcək. Təbii ki, bütün sektorlarda olmayacaq, amma ən azı toyların qadağan olunması, maskaların taxılmasına nəzarətin artırılması, böyük ticarət mərkəzlərində, xüsusən idarələrdə maskaların taxılmasına ciddi əməl olunmasına nəzarət olunmalıdır”.

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

Mərdan Əliyev

M.Əliyev onu da əlavə edib ki, artıq bütün dünyada “Delta” ilə əlaqədar pandemiyanın yeni dalğası baş qaldırıb: “Bu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də elan olunub. Bu bizim ölkəyə də öz təsirini göstərir və təbii ki, əgər karantin qaydaları bir az sərtləşdirilsə, birdən-birə olmasa da, tədricən yoluxmada azalma müşahidə olunacaq. Çünki burada həm vaksinasiya prosesi gedir, həm də  yoluxub sağalanların sayı kifayət qədər çoxdur. Bunlar hamısı əhalinin xeyrinədir və buna görə əvvəlki dalğalardakı kimi olmayacaq və karantin qaydaları bir az sərtləşdirilsə, bütün sektorlarda yox müəyyən qədər vacib yerlərdə hansı ki, yoluxmaya daha çox təkan verir. Həmin yerlərdə sərtləşdirilərsə və bəzi məhdudiyyətlər tətbiq olunsa azalmağa doğru edəcək”.

İnfeksionist hesab edir ki, Azərbaycanda vaksinasiya prosesinin gedişi qənaətbəxş hesab oluna bilər: “Bütün rayonlar üzrə regionlarda və Bakı şəhərində bu proses gedir. Son günlər yoluxma sayındakı artımdan sonra  əhalinin peyvənd olunmağa meyli artıb. Bir müddət əvvəl müşahidə edirdik ki, yoluxma az olanda vaksin olunmağa da maraq yox idi. Arxayınlaşma vardı, peyvəndlərə qarşı biganəlik yaranmışdı. Belə görünür ki, bu artımın fonunda dövlət tərəfindən də bir az daha çox vaksinasiyanın sürətləndirilməsi istiqamətində bəzi tədbirlər görülüb. Həm də payıza qədər peyvənd olunma başa çatmalıdır,  ən azı 60-70 faiz insan vaksin olunmalıdır. Çünki payızda daha çox kəskin respirator xəstəliklər – həm qrip, həm digər xəstəliklər, o cümlədən koronavirus infeksiyası artmağa meyilli olur. Buna görə payıza qədər vaksinasiya prosesinin əsas hissəsi başa çatmalıdır”.

Bu arada ABŞ-ın tibbi tənzimləyicisi COVID-19 infeksiyası barədə yeni məlumatlara əsaslanaraq vaksinasiya olunan insanların qoruyucu maskadan istifadəsinin bərpası barədə qərar qəbul edib.”New York Times” xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzinin rəhbəri Roşel Valenski bildirib. May ayında Roşel Valenski peyvənd edilmiş amerikalıların bundan sonra əksər hallarda maska taxmaya və sosial distansiya saxlamaya biləcəklərini demişdi. Lakin tənzimləyici iyunun 27-də vaksinasiyadan keçən insanların yenidən qapalı məkanlarda qoruyucu maska taxmalarının vacibliyini vurğulayıb. Bu tövsiyə ABŞ-ın COVID-19 infeksiyasına yoluxma hallarının yüksək olduğu rayonlarına aiddir. “Yeni tədqiqatlar ”Delta” ştammına yoluxan peyvəndli insanların burun və ağız boşluğunda çox miqdarda virus daşıdığını göstərib”, – deyə Roşel Valenski bildirib.

Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzin daxili sənədlərində koronavirusun “Delta” ştammının MERS, SARS, Ebola və mövsümi qrip viruslarından daha yoluxucu olduğu bildirilir.

Həmçinin oxuyun

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən …