Ana səhifə / Sosial / “Azərbaycan xalqı belələrindən hansı ədalət gözləyə bilər?”

“Azərbaycan xalqı belələrindən hansı ədalət gözləyə bilər?”

“Mənim ona yazığım gəlir”

Azinforum.az ADR sədri Qubad İbadoğlunun Müsavat başqanı Arif Hacılıya ünvanlanmış ittihamını təqdim edir:

“Müsavat bərpa olunandan indiyə qədər ən agır dövrlərdə daimi öndə olan, demokratiya uğrunda mücadilənin çətin sınaqlarından çıxan, partiya quruculuğuna və inkişafına canı və qanı bahasına töhfələr vermək üçün işini, normal həyatını itirən, hətta bəzən yaxın dostlarını və əziz qohumlarını belə bu yolda qurban verən, müxalif mövqeyinə görə nə özü və nə də ailəsi üçün yaşamayaraq ömrünün ən azı 23 ilini demokratiya uğrunda mübarizəyə həsr edərək Müsavatın və Azərbaycanən bayrağını hamıdan uca tutan qocaman hərəkat adamlarının – Rövşən Dəmirlinin, Rahib Mirələmovun və Əli Qasımbəylinin Divanın son toplantısında partiyadan kənarlaşdırılması gözlənilən olsa da həm də düşündürücüdür. Çünki nə qədər fikirləşirsən yenə də Müsavatda qurultayda və qurultaydan sonra baş verənləri normal məntiqlə izah edə bilmirsən. Həqiqətənmi, demokratiya ugrunda mübarizəni qarşıya hədəf qoyan və uzun illər xalqın ümid yerinə çevrilmiş Müsavat Partiyasının indiki rəhbərləri narazı olanları cəzalandırmaq qədər avtoritar təfəkkürə və zəif iradəyə malikdirlər? Yoxsa, bu adamlar Müsavatı ona görə ələ keçiriblər ki, onu belə ədalətsiz qərarları ilə əvvəl nüfuzdan salıb, zəiflədərək, sonra da dağıtsınlar. Mən heç inana bilmirəm ki, 10-dan çox üzvün iştirak etdiyi Divanda uzun illərin əqidə dostlarına, çətin və məşəqqətli zamanlarda bir tikəsini də qardaş səxavəti ilə min yerə bölən şəxslərə kəsilən ağır cəzalara qarşı çıxan, ona etiraz edən 1 nəfər də olsa belə cəsarətli adam qalmayıb. Məgər, Müsavat bu qədərmi avrtoritarlaşıb? Partiya rəhbərliyinin gücü sıravı üzvlərin sayı, partiyanın nüfuzu isə onun müxtəlif fikirliliyə əsalanan, demokratik düşüncə ilə verilən qərarları ilə ölçülür. Yəni, Müsavatda özünü rəhbər hesab edənlər arasında 1 nəfər də olsa haqqı müdafiə edən və gələcəyi görən qalmayıb ki, desin dayanın, belə olmaz, bu yalnış yanaşmadır, götürdüyünüz kurs tarixi partiyanın adına ləkədir. Doğrudanmı onların heç biri anlamır ki, partiyanın siyasətini tənqid edənləri, ona demokratik yolla etiraz bildirənləri partiyadan uzaqlaşdırmaqla mövcud problemləri həll etmək mümkün olmayacaq. Yaxşı tutaq ki, Divan üzvləri bu barədə düşünmür. Bəs Musavat boyda böyük məsuliyyəti üzərinə götürüb iclası idarə edən şəxs hətta ötən parlament seçkilərində gecəni gündüzə qatıb bütün gücü və ətrafı ilə onun xeyrinə imza yığan və səs toplayan, parlamentə düşməyi üçün təmənnasız çalışanlara dair yalnış qərarlara imza atırsa, onda Azərbaycan xalqı belələrindən hansı ədalət gözləyə bilər? Yox, əgər bu istəkdə olub, onu ifadə etməyə özündə güc tapmırsa, yalnız sifarişlər icra etməklə məşğulsa onda həqiqətən də mənim ona yazığım gəlir”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın