Şənbə , Fevral 27 2021
Ana səhifə / Sosial / Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

FHN-dən verilən məlumata görə, birgə fəaliyyət nəticəsində yanvarın 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.

Həmçinin oxuyun

Nazirlikdən açıqlama: Əgər pensiyaçı 12 ildən çox yaşayırsa… – VİDEO

Ölkə üzrə kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 62 yaş müəyyən edilib. Vətəndaşın …