Şənbə , Yanvar 16 2021
Ana səhifə / Sosial / “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir” – Fransa səfiri

“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir” – Fransa səfiri

“Sankt Peterburqda keçirilmiş dünənki görüş formatında Dağlıq Qarabağla bağlı digər görüşün də keçirilməsi gözlənilir”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Ermənistandakı səfiri keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Oxşar görüşlərin Fransa tərəfinin təşəbbüsü ilə keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında isə səfir “niyə də yox” cavabını verib.

“Hazırda əlavə edə bilərəm ki, Sankt-Peterbuqrda keçirilmiş görüş formatında digər görüşlərin keçrilməsi gözlənilir. Fransaya gəlincə, biz həmişə Dağlıq Qarabağla bağlı Fransada görüşün keçirilməsinə hazırlığımızı və istəyimizi ifadə etmişik”, – deyə səfir qeyd edib.

Həmçinin oxuyun

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

Nazirlər Kabinetinin bu günkü sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya …

Bir cavab yazın