Ana səhifə / Sosial / Azərbaycan və Ermənistan prezidentləri yenə görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri yenə görüşəcək

ATƏT-in Minsk qrupunun çağırışında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevin və Serj Sarkisyanın görüşünün təşkili məsələsi durur.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik bildirib.

O, Azərbaycan mətbuatına müsahibəsində deyib ki, biz tərəflər arasında dialoqu intensivləşdirməyə razılaşdırmışıq. Ümidvaram ki, prezidentlər arasında növbəti görüş bu il olacaq. Mən danışıqların dalana dirənməsi fikri ilə razılaşmıram.

C.Uorlik deyib: “İlham Əliyev və Serj Sarkisyan müharibə istəmirlər. İndiyədək baş tutan bütün danışıqlar prosesində münaqişənin sülh yolu ilə nizama salınması üçün imkan yaransa da, lakin bundan səmərəli istifadə edilməyib. İndi bunun üçün yeni imkan yaranıb və bundan səmərəli istifadə etmək lazımdır.”

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında son görüş ötən il oktyabrın 27-də Parisdə baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın