Ana səhifə / Sosial / Azərbaycan Türkiyəyə nə qədər yardım göndərib? – Açıqlama

Azərbaycan Türkiyəyə nə qədər yardım göndərib? – Açıqlama

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 17 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb. 

Bu barədə XİN məlumat yayıb. 

Qeyd edilib ki, humanitar yardım Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb. 

Humanitar yardım 867 xilasetmə və tibbi personal, 2 ədəd mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 ədəd zəruri ləvazimat və məhsul, 302 034 isti geyim, 693 756 dərman və tibbi ləvazimat, 12 505 qızdırıcı və texniki avadanlıq, 21 367 000 AZN daxildir. 

Təcili tibbi yardım, yanğınsöndürən, AFAD və rəsmi axtarış-xilasetmə maşınlarının pulsuz yanacaqla təmin edilib. 

Həmçinin oxuyun

Azərbaycanda ən yüksək maaşı bu peşə sahibləri alır

2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin …