Şənbə , Noyabr 17 2018
Ana səhifə / Sosial / Azərbaycan Türkiyəyə çay ixrac edəcək

Azərbaycan Türkiyəyə çay ixrac edəcək

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş Azərbaycan ixrac missiyası başa çatıb.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, ixrac missiyasında Naxçıvan MR-da qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkəti iştirak edib.

Missiya çərçivəsində Azərbaycan sahibkarları türkiyəli həmkarları ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar.

Görüşlər zamanı türk iş adamlarına təqdim olunan Azərbaycan məhsulları türk şirkətləri tərəfindən maraqla qarşılanıb və ixraca dair ilkin razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın Farma-Şah MMC şirkəti ilə Türkiyənin müvafiq şirkəti arasında Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib. Bundan başqa, Naxçıvan Sement Zavodu MMC ilə “BASF Türkiyə” şirkəti arasında sement istehsalında qatqı kimi istifadə olunan xammalın ixracı ilə bağlı danışıqlar aparılıb. Türkiyənin “Koç Mermer Granit” şirkətinin tikinti layihələri üçün Azərbaycanın Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi MMC-nin məhsullarından istifadə olunmasına dair razılaşma əldə olunub. Cahan Pen MMC və Cahan Sənaye Kompleksi MMC şirkətləri ilə Türkiyənin “Gema” və “Marmara” plastik qapı pəncərə istehsalı müəssisələri arasında məhsulların satışına və xammalın alınmasına dair danışıqlar aparılıb.

Növbəti ixrac missiyası 6-9 noyabr tarixlərində Bolqarıstana təşkil ediləcək.

VIPedu.BIZ

Həmçinin oxuyun

Sabah hava dəyişkən buludlu olacaq

Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Virtualaz.org Ekologiya və …