Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycan Suriyaya yardım göndərib

Azərbaycan Suriyaya yardım göndərib

Azərbaycan ötən il Suriyaya ərzaq, dərman və digər zəruri əşyalar qismində yardım göndərib.

Azinforum.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov qurumun akademiyasında “Ordu və cəmiyyət” mövzusunda keçirilən kurslar çərçivəsində zabit, məmur və ekspertlər qarşısında mühazirə ilə çıxış edərkən məlumat verib.

“2016-cı ilin fevralında yaradılmış Düşmən Tərəflərin Barışdırılması üzrə Mərkəz bir ildən az müddət ərzində təkcə Rusiya deyil, həmçinin Azərbaycan, Belarus, Serbiya və Qazaxıstan tərəfindən Suriyaya göndərilmiş 1000 tondan çox ərzaq, dərman və digər zəruri əşyaları yerli əhali arasında paylaşdırıb”, – deyə Gerasimov bildirib. (Report)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın