Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir”.
Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.
Onun sözlərinə görə, 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələmişik.
“Bütün selektiv abortlar kriminal abortlardır. Bununla cinayət məcəlləsinin qapısı açılır. Həmçinin bir məsələyə də diqqət çəkmək istəyirəm. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 37 faizindən artığının zorakılığa məruz qaldığını öyrənmişdik. Əfsuslar olsun ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələri ictimaiyyətə açıqlanacaq”, – Fərid Babayev bildirib.
O, Azərbaycanda abortların sayının da yüksək olduğunu bildirib.
Fərid Babayev həmçinin qeyd edib ki, Azərbaycan regionda yeganə ölkədir ki, uşaqlıq boynu xərçəngi müalicəsi dövlət səviyyəsində aparılmır. APA