Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Azərbaycan-Rusiya müştərək əczaçılıq müəssisəsi yaradılır

Azərbaycan-Rusiya müştərək əczaçılıq müəssisəsi yaradılır

Ölkəmizdə Azərbaycan-Rusiya müştərək əczaçılıq müəssisəsi yaradılır.

AzərTAc xəbər verir ki, Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda Azərbaycanın “Vita-A” investisiya şirkəti və Rusiyanın “R-farm” şirkəti arasında Azərbaycanda əczaçılıq istehsalının təşkil edilməsi haqqında memorandum imzalanıb.

Biznes-forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq haqqında, AZPROMO və ”Viktoriya Esteyt” İdarəçi Şirkəti MMC arasında həm Moskva vilayəti ərazisində (“Victoria Industrial Park” sənaye parkı), həm də Azərbaycan Respublikası ərazisində sənaye və kənd təsərrüfatı sahələrində investisiya layihələrinin təşviqi haqqında, AZPROMO və Bank VTB (Azərbaycan) arasında isə əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın