Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Azərbaycan qısa tarixi dövrdə dünya birliyinin fəal və nüfuzlu üzvü olub – Nursultan Nazarbayev

Azərbaycan qısa tarixi dövrdə dünya birliyinin fəal və nüfuzlu üzvü olub – Nursultan Nazarbayev

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

“Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm.

Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin fəal və nüfuzlu üzvü olub.

Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə möhkəmlənməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın