Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Azərbaycan Prezidenti Türkiyənin Beynəlxalq Dostluq Mükafatı ilə təltif olunub – FOTO

Azərbaycan Prezidenti Türkiyənin Beynəlxalq Dostluq Mükafatı ilə təltif olunub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin İstanbul şəhərinin Çekmeköy bələdiyyəsinin aylıq nəşri olan “Çekmeköy 2023” jurnalının təsis etdiyi Beynəlxalq Dostluq Mükafatı ilə təltif edilib.

Musavat.com “Azərtac”a istinadən xəbər verir ki, dövlət başçısı bu mükafata 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması, qardaş ölkədə dövlətçiliyin, qanuni hakimiyyətin qorunması ilə bağlı göstərdiyi qətiyyətli mövqeyə görə layiq görülüb.
Mükafatı aprelin 5-də İstanbulun “Çırağan” Sarayında təşkil olunan təntənəli mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev qəbul edib.

Baş konsul deyib ki, Azərbaycan Prezidentinə verilən bu mükafat Türkiyə xalqının dövlətimizin başçısına olan tükənməz sevgisinin bir nümunəsidir.

Mərasimdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları, görkəmli elm və sənət adamları, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın