Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycan prezidenti Myanmadakı qətliamı pislədi

Azərbaycan prezidenti Myanmadakı qətliamı pislədi

“Myanmada müsəlmanlara qarşı qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik”

Bu sözləri Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində çıxışında bildirib.

Ölkə başçısı deyib ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq.

“Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də AzərbaycanRohingiya qaçqınlarına humanitar yardım – 100 ton ərzaq məhsulu göndərmişdir”, – deyə dövlətimizin başçısı qeyd edib.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın