Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Sosial / Azərbaycan praktikasında vitse-prezidentlik institutunun səmərəlilik gücü…

Azərbaycan praktikasında vitse-prezidentlik institutunun səmərəlilik gücü…

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilib. Layihə 29 maddədən ibarətdir. Təkilf olunan layihədə diqqətçəkən məqamlardan biri də Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasıdır.
Bu yeni postun yaradılması Azərbaycana nə verə bilər?
Hüquqşünas Mehman Muradlı  açıqlamasında bildirdi ki, bu, hakimiyyətin apardığı zəruri struktur islahatıdır: “Dünyanın bir çox inkişaf etmiş ölkələrində bu praktikadan istifadə olunur. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız bu islahat təklifini başqa aspektdən dəyərləndirməyə çalışır. Bunun hakimiyyətin ömrünün uzadılması ilə hansısa formada əlaqəsi yoxdur. Bu yeniliklərin fonunda Azərbaycanda ciddi islahatlar həyata keçiriləcək.
İslahatlarda əsas məqsədlərdən biri də vitse-prezident institutunun yaradılmasıdır. O cümlədən də prezident yaşının 35-dən 30-a, millət vəkillərinin isə yaş həddinin 25-dən 18-ə endirilməsi məsələləri önə çəkilib.
Azərbaycanda vitse-prezident institutunun yaradılmasına ehtiyac var idi. Bu institutların yaradılması daha çox konkret məsələlərlə məşğul olmaq, həm xaricdə, həm daxildə Azərbaycanın maraqlarının müdafiə etmək baxımından əhəmiyyətlidir. Bu məqamlar referendum aktında öz əksini tapacaq. Hesab edirəm ki, bu müsbət addımlardır.
Bu bir qədər də hökumətin daha dinamik fəaliyyətinə stimul verəcək.
Çünki nəzərdə tutulan dəyişikliklərdə vitse-prezidentə böyük səlahiyyət verilir və siyasi ierarxiya baxımından həmin postu tutan şəxs ikinci adam sayılacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakının hansı ərazilərində hava daha çirklidir?

Bakıda havanın daha çox çirkli olduğu ərazilərin adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) …

Bir cavab yazın