Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Azərbaycan müxalifəti: Mitinqlərin keçirilməsi gündəmdə deyil

Azərbaycan müxalifəti: Mitinqlərin keçirilməsi gündəmdə deyil

“Hazırda Müsavat Partiyasının mitinq keçirməklə bağlı qərarı yoxdur”.
Bunu “Report”a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bilidirib ki, aksiyaların keçirilməsi ilə bağlı partiyanın iclaslarında ilkin müzakirələr aparılıb: “Noyabrın əvvələrində mitinqlərə başlamaqla bağlı fikirlər vardı. Sonradan müzakirələri daha geniş çərçivədə aparmaq, rayon təşkilatlarını gücləndirmək qərarına gəldik. Bu məsələ bir daha müzakirə olunacaq”.
Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı “Report”a açıqlamasında deyib ki, hazırda mitinqlərin keçirilməsi planlaşdırılmır.
O qeyd edib ki, mitinqlərin keçirilməsi üçün Milli Şura qərar verməlidir: “Mitinqlərin keçirilməsi gündəmdə deyil. Əslində, etiraz aksiyalarının keçirilməsi ilə bağlı qərar hər an verilə bilər. Yəni, bu, mövcud vəziyyətdən asılıdır”.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …

Bir cavab yazın