Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Sosial / Azərbaycan məktəblərində 3 mindən çox müəllim yeri boşdur

Azərbaycan məktəblərində 3 mindən çox müəllim yeri boşdur

Azərbaycandakı məktəblər üzrə təxminən 3 mindən çox müəllim yeri vakantdır.

Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, həm ötən il, həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən boş qalanlar yerlər oldu: “Tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. Bu il təxminən həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq”.

Həmçinin oxuyun

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan …