Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Sosial / “Azərbaycan istəsə günü sabah 7 rayonu azad edə bilər” – Şode

“Azərbaycan istəsə günü sabah 7 rayonu azad edə bilər” – Şode

Parisdə, Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Xarici Siyasət Təhlil Mərkəzinin (CAPE) nəşr direktoru, geosiyasət üzrə ekspert Didye Şodenin “Qafqaz dövlətləri: Fransanın geosiyasi və maraq məkanları” mövzusunda konfrans keçirilib.

Qafqaz məkanında baş verən hadisələri təhlil edən D.Şode Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayırıb. O deyib ki, Azərbaycan istəsə günü sabah Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər.

D.Şode Azərbaycanın hərbi imkanlarından söz açıb, onun hərbi büdcəsini Ermənistanın dövlət büdcəsi ilə müqayisə edib. O, həmçinin münaqişənin hazırkı vəziyyəti haqqında məlumat verərək, dünya dövlətlərinin, xüsusilə də Qərbin laqeydliyinə, Minsk qrupunun zəif fəaliyyətinə və bəzi ölkələrin ikili yanaşmasına toxunub. Ekspert real vəziyyətin Ermənistanın müstəqil olmadığını göstərdiyini bildirib.

Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo Azərbaycan üçün qəbuledilməzdir və bu vəziyyət belə davam edə bilməz.

D.Şode 2016-cı ilin aprelində erməni təxribatı nəticəsində yaranan 4 günlük müharibənin Azərbaycanın nəyə qadir olduğunu bir daha aydın göstərdiyini vurğulayıb. O əlavə edib ki, Azərbaycan hər an işğal altındakı torpaqlarını azad etməyə qadirdir.
Ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük dövlətlərin təzyiqinin vacib olduğunu qeyd edib.
Sonra müzakirələr aparılıb və konfransda iştirak edən tədqiqatçılar suallarla müraciət edib, öz fikirlərini bölüşüblər. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov müzakirələrə qoşularaq Xocalı soyqırımının törədilməsinə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın əmr verdiyini söyləyib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. (Azərtac)

Həmçinin oxuyun

Rahatlıq üçün açılan qapılar ölümə aparır – yanğına ondan əvvəl hazırlaşmaq gərəkdir

Bakıda hündürmərtəbəli binalarda yanğına hadisələri nadir deyil. Bu günlərdə Xətai rayonunda baş verən bir yanğında …

Bir cavab yazın