Bazar , Fevral 28 2021
Ana səhifə / Sosial / Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başa çatıb

Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başa çatıb

“Rusiya-İran-Azərbaycan arasında üçtərəfli format bölgədə sabitlik üçün mühüm faktordur. Biz həm ölkələrimizi qoruyacağıq, həm də regionda əməkdaşlığı dərinləşdirəcəyik”.

Bu barədə prezidenti İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə deyib.

“Gələcəkdə siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq və bu əlaqələr daha da güclənməlidir. İqtisadi potensialın artırılması istiqamətində müxtəlif tədbirlər görüləcək, nəqliyyat, energetika sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Bu imkanlar hər üç ölkənin səyi ilə yaranır, başqa ölkələrdə gələcəkdə bu layihələrə qoşulacaq. Əminəm ki, görüşlərimiz davam edəcək, bundan sonrakı əməkdaşlığımız daha da genişlənəcək.

Sonda prezidentlərin görüşünə dair yekun bəyannamə imzalanıb. Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başa çatıb.

Həmçinin oxuyun

Smart kart ödənişlərində 10 günlük problem yaranacaq? – AÇIQLAMA

“Azərişıq” ASC smart kart ödənişlərində problem yaranacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. …

Bir cavab yazın