Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Sosial / “Azərbaycan hakimiyyətinə Bahar gəldi…” –Hacı Əbdül

“Azərbaycan hakimiyyətinə Bahar gəldi…” –Hacı Əbdül

Hələ 2013-cü ildəki prezident seçkilərində yeganə ictimai-siyasi təşkilat olaraq  Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın namizədliyini irəli sürmüş  Vətən Naminə Xalq Birliyi Hərəkatının rəhbəri, keçmiş deputat  Hacı Əbdül Əbdülov redaksiyamıza müraciət edərək Mehriban xanıma Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə Hərəkat adından təbriklərini ünvanlamağı xahiş etdi.
Təbrik mətnində deyilir:  ”2013-cü il prezident seçkilərində  biz bir Hərəkat olaraq  Mehriban Əliyevanın namizədliyini irəli sürmüşdük. 2016-cı ilin sentyabrında Konstitusiyaya məlum dəyişikliklərlə bağlı keşirilmiş Referendumdan sonra isə biz yenə də ilk təşkilat olaraq Mehriban xanımın  Respublikanın birinci vitse-prezidenti təyin olunması təçəbbüsü ilə çıxış  etdik.  Allaha şükürlər olsun ki,  prezident İlham Əliyevin imzaladığı sərəncam sayəsində bu arzumuza çatdıq. Dövlət başçısının  Mehriban Əliyevanın vitse-prezident  postuna təyin olunması  barədə sərəncamının məhz elimizə gələn  növbəti Novruzun –Baharın ilk Çərşənbəsinə -Su Çərşənbəsinə təsadüf etməsi bəlkə də Yaradanın bir hikməti imiş. Su aydınlıqdır.  Mehriban xanımın iqtidara gəlişi gələcəyə gedən yolumuzu daha da aydınlatdı.. Hesab edirik ki, fevralın 21-i – Su Çərşənbəsi günündə Odlar Yurdumuzla yanaşı, Azərbaycan hakimiyyətinə də bir BAHAR havası gəldi.  25 illik  müstəqillik dövründəki boranlı-tufanlı, şaxtalı-ayazlı, bəzən günəşli, bəzən günəşsiz payız-qış günlərindən sonra  iqtidarımız, nəhayət, parlaq günəşli, isti nəfəsli, güllü-çiçəkli YAZA çıxdı…
Biz Mehriban xanımın  Azərbaycanın 1-ci vitse-prezidenti təyin olunmasının ilk təşəbbüskarı kimi bir təşkilat olaraq dövlət başçısı cənab İlham Əliyevə xalqın arzusunun ifadə edən bir sərəncam imzaladığına görə təşəkkür edirik. Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanı bu yüksək dövlət postuna gəlişi münasibətilə təbrik edir, ona bundan sonra həyat yoldaşlığıyla yanaşı,  həm də dövlət müstəqilliyimizin qorunması, daha da möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün bərpası yolundakı olduqca çətin və şərəfli mübarizədə sözün əsl mənasında səngər yoldaşı olacaq respublika prezidenti İlham Əliyevlə birgə sarsılmaz iradə, dəyanət və uğurlar diləyirik. Biz də  bir Hərəkat kimi bundan sonra dövlət başçısı İlham Əliyevin   Qarabağ torpaqlarının azadlığı, xalqımızın xoşbəxt gələcəyi naminə atacağı hər bir addımı, keçirəcəyi hər bir islahatı dəstəkləyirik.
Azərbaycan xalqını da öz xeyirxahlığı, milli musiqi və  mədəniyyətimizin qorunması və inkişafı sahəsində gördüyü işlərlə çoxlarının rəğbətini qazanmış Mehriban xanım Əliyevanın bu məsul dövləti vəzifəyə münasibəti ilə təbrik edir, həmin təyinatın torpaqlarımızın düşmən işğalından azad edilməsi,  ölkə iqtisadiyyatının vətəndaşlarımızın xoşbəxt həyatına, eləcə də dövlətçiliyimizin inkişafına böyük əngəllər törədən korrupsiya, inhisarçılıq və bürokratiya şəbəkələrindən qurtulması və s. istiqamətindəki görülən və görüləcək işlərə böyük təkan verəcəyinə ümid edirik ”.

Həmçinin oxuyun

Bu il Azərbaycanda nə qədər körpə doğulub? – RƏSMİ

2019-cu ilin doqquz ayı ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 min …

Bir cavab yazın