Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Azərbaycan FETÖ-ya qarşı ciddi addımlar atıb” – Nazir

“Azərbaycan FETÖ-ya qarşı ciddi addımlar atıb” – Nazir

Türkiyə Fətullahçı terror təşkilatının (FETÖ) qurumlarının mövcud olduğu dövlətləri həmişə məlumatlandırıb.

Reportxəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə bununla bağlı tədbirlər görülmüşdü:

“Ancaq Türkiyədə iyulun 15-də baş tutmayan dövlət çevrilişi cəhdindən sonra çox ciddi addımlar atıldığını görürük. Məsələn, Somali rəsmi şəkildə FETÖ ilə əlaqəli olan bütün məktəbləri bağlayıb və ölkəni tərk etmələri üçün onlara bir həftə vaxt verib. Azərbaycanda və İordaniyada da eyni şəkildə addımlar atılıb. Nigerdə də onların fəaliyyətləri qadağan edilir. Şimali Kiprdə FETÖ terror təşkilatı siyahısına daxil edilib. Həmin ölkələrə qaçanlar da var, onları da gətirəcəyik”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın