Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / Sosial / “Azərbaycan da valyuta spekulyasiyalarına məruz qalır” – Ərdoğan

“Azərbaycan da valyuta spekulyasiyalarına məruz qalır” – Ərdoğan

“Kimlərsə valyuta bazarında spekulyasiyalar edərək bir sıra ölkələrin, o cümlədən Türkiyənin iqtisadiyyatına təsir etməkdədir”.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İqtisadiyyatımıza valyuta bazarı üzərindən hücum edirlər. Bununla bağlı millətimə, xüsusilə də iş adamlarımıza müraciət etdim. Bilirəm ki, bəziləri bu çağırışımı istehza ilə qarşıladı. Halbuki, ortada 1994-cü ildən bəri yaşadığımız həqiqət var. Bir daha təkrar edirəm ki, valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir etməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb durmur. Məqsəd siyasi əməliyyatlara hazırlamaqdır. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalıyıq. İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə olunmalıdır”, – deyə prezident bildirib. (Apa)

Həmçinin oxuyun

Yardımlıda torpaq sürüşməsi: yol çökdü

Yardımlı rayonunda torpaq sürüşməsi qeydə alınıb. ONA-nın məlumatına görə, yeni çəkilmiş Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı …

Bir cavab yazın