Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Azərbaycan böyük sərvəti olan ölkə kimi tanınır – Səfir

Azərbaycan böyük sərvəti olan ölkə kimi tanınır – Səfir

İsveç Azərbaycan ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq üçün yeni hüquq bazasının yaradılması prosesini birmənalı şəkildə dəstəkləyir.

Axar.az xəbər verir ki, bu fikri İsveçin Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı səfiri xanım İnqrid Tersman “Caspian Energy International Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə “Caspain Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib.

Avropa İttifaqı ilə Azərbaycan arasında bu məsələ ilə bağlı danışıqların başlanmasının böyük səbirsizliklə gözlənildiyini deyən səfir İsveç tərəfinin həmin razılaşmanın əldə ediləcəyinə, iqtisadi əməkdaşlıq və imkanlarla bağlı bir sıra istiqamətləri əhatə edəcəyinə böyük ümid bəslədiklərini qeyd edib. Xarici işlər naziri Marqot Valstrem mart ayında Azərbaycana səfəri zamanı açıq-aşkar bildirib ki, İsveç Avropa İttifaqı ilə Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır.

Görüş zamanı qarşılıqlı əməkdaşlıqla bağlı müxtəlif məsələlərə, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub. “Enerji resursları və ya neft ixracatı barədə söhbət gedərkən Azərbaycanın adı böyük sərvətə malik ölkə kimi xatırlanır. Əlbəttə ki, neftin qiymətinin düşməsi həm ölkə, həm də onun iqtisadiyyatı üçün çağırış oldu. Lakin bu, təkcə çağırış, xəbərdarlıq kimi yox, eyni zamanda, Azərbaycanda iqtisadi islahatların başlanmasının əsas səbəblərindən biri kimi qiymətləndirilməlidir”, – deyə səfir qeyd edib. O deyib ki, aparılan islahatlar nəinki ölkə iqtisadiyyatının inkişafına, həm də Azərbaycanın investorlar üçün maraqlı ölkəyə çevrilməsinə yönəldilib. Səfir bu islahatların Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə də kömək edəcəyini vurğulayıb.

Görüşün sonunda səfir “Caspian Energy”yə müsahibə verib. O, ikitərəfli əlaqələrin, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivləri, eyni zamanda, turizm sektoru və enerji əməkdaşlığının inkişafı məsələsi barədə danışıb.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın