Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirildi

Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirildi

Oktyabrın 20-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib. Forumda sənaye, kimya, qida, tikinti, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Virtualaz.org saytı xəbər verir ki, tədbirdə Azərbaycan iqtisadiyyatı ilə bağlı məlumatlar səsləndirilib. İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov bildirib ki, BƏƏ iş adamları Azərbaycanda yeni biznes layihələri həyata keçirə bilərlər. Azərbaycan-BƏƏ biznes forumu iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Ahmed Alqubaisi Azərbaycan və BƏƏ arasındakı iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib, əməkdaşlığın genişləndirilməsində iş adamlarının rolunu qeyd edərək, hər iki ölkə sahibkarlarını daha sıx əməkdaşlığa dəvət edib.

Tədbirdə AZPROMO-nun nümayəndəsi Natiq Mədətov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimat edib.

Tədbirin ilk günü iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb. Forumun ikinci günündə bir sıra Azərbaycan şirkətlərinin təqdimatı keçiriləcək, BƏƏ nümayəndə heyəti istesal və xidmət müəssisələrinin fəaliyyəti ilə tanış olacaqlar.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın